AZ

Məşhur şoumeni maşın vurdu

Rusiyalı komediya aktyoru və aparıcı Maksim Qalkini avtomobil vurub.

“Qafqazinfo” Lenta.ru-ya istinadən  xəbər verir ki, Qalkin ötən gün Latviyada yol qəzası keçirib.

İlkin məlumata görə, o, velosiped sürərkən “Volkswagen” markalı avtomobil ona yan tərəfdən çırpılıb.

Komediya ustası əlindən zədə alıb. Şüşə qırıqları onun əlini kəsib. 

Qeyd olunur ki, sənətçi səhnədəki son konsertində əli sarğı ilə çıxış edib.

Xatırladaq ki, M. Qalkin məşhur müğənni Alla Puqaçova ilə ailəlidir.

 

Seçilən
51
4
qafqazinfo.az

10Mənbələr