AZ

İsrail Qəzzanı işğal etmək qərarına gəlib

Vaşinqtonun etirazı yoxdur, əməliyyat aylarla davam edə bilər...

Poliqon xəbər verir ki, İsrail hakimiyyəti Qəzza şəhərini işğal etmək qərarına gəlib. Axios nəşrinin mənbələrə istinadən verdiyi məlumata görə, bu plan təxminən 10 saat davam edən məsləhətləşmələrdən sonra təsdiqlənib və Qəzza zolağının tam işğalına doğru ilk addım ola bilər.

Məlumata əsasən, ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağında əməliyyatını genişləndirməsinə qarşı çıxmayıb.

The Washington Post qeyd edir ki, bəzi yüksək rütbəli hərbçilər bu ssenariyə qarşı çıxıblar. Plana əsasən, əməliyyat nəticəsində 1 milyon mülki şəxs köçürüləcək və proses bir neçə ay davam edəcək.

Xatırladaq ki, daha əvvəl İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin Qəzza zolağını ilhaq etmək niyyətində olmadığını bildirmişdi. O, İsrailin məqsədinin “Həmas”ı məhv etmək və 50-yə yaxın girovu, onlardan təxminən 20-nin hələ də sağ olduğu ehtimal edilən şəxsləri geri qaytarmaq olduğunu vurğulamışdı. Netanyahunun sözlərinə görə, müharibədən sonra Qəzza zolağında “təhlükəsizlik perimetri” yaradılacaq.

Poliqon.info

Seçilən
75
49
poliqon.info

10Mənbələr