AZ

ABŞ Ədliyyə Nazirliyi Maduronun həbsinə kömək üçün 50 milyon dollar mükafat elan etdi

ABŞ Venesuela Prezidenti Nikolas Maduronun həbsinə gətirib çıxaracaq məlumat üçün mükafatı iki dəfə artıraraq 50 milyon dollar təyin edib.
 
Moderator.az-ın məlumatına görə, bu barədə ABŞ-nin baş prokuroru Pem Bondi özünün "X" sosial şəbəkəsində xəbər verib.
 
O qeyd edib ki, Maduro ABŞ-yə ölümcül narkotiklərin və zorakılığın daxil olması üçün xarici terror təşkilatlarından istifadə edir.
 
"O, dünyanın ən böyük narkotik tacirlərindən biridir və milli təhlükəsizliyimizə təhdiddir. Buna görə də biz (onun haqqında məlumat üçün) mükafatı iki dəfə artırırıq", - deyə Bondi bildirib.
 
Xatırladaq ki, 2020-ci ildə, yəni Donald Trampın ilk prezidentlik müddətində ABŞ Maduronu narkoterrorizm və kokain idxalı məqsədilə sövdələşmədə ittiham edib. Həmin vaxt ABŞ Venesuela prezidentinin ədalət məhkəməsinə gətirilməsinə səbəb olacaq məlumat üçün 15 milyon dollar təklif edib. Sonradan məbləğ 25 milyon dollara qaldırılıb. Qeyd edək ki, ABŞ 11 sentyabr 2001-ci il terror aktlarından sonra "Əl-Qaidə"nin lideri Üsamə bin Ladenin tutulması üçün də eyni məbləği təklif etmişdi.
Seçilən
55
50
moderator.az

10Mənbələr