İsrailin baş naziri Binyamin Netanyahunun Qəzzanı "tamamilə işğal etmək" planı İsrail təhlükəsizlik kabineti tərəfindən təsdiqlənib və qoşunlar sərhədə cəmləşməyə başlayıb.
Turkustan.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi bu qərarı ən sərt şəkildə pisləyib. Nazirlik: "Fələstinlilərə qarşı soyqırımı davam etdirmək və işğalı genişləndirmək üçün fundamentalist Netanyahu hökumətinin atdığı hər addım beynəlxalq sülh və təhlükəsizliyə ağır zərbə vurur" dedi.
Almaniya kansleri Friderix Merz İsrailin HƏMAS-a qarşı özünü müdafiə etmək hüququna malik olduğunu bildirərək, “Həmasın Qəzzanın gələcəyində heç bir payı olmamalıdır” deyib. Merz, Almaniya hökumətinin Qəzzada istifadə oluna biləcək hər hansı hərbi texnikanın növbəti bildirişə qədər ixracına icazə verməyəcəyini qeyd edərək, “Qəzza zolağında mülki əhalinin davamlı əzab çəkməsindən dərin narahatam” dedi. İsrailin Qəzza zolağında əməliyyatları gücləndirmək planından sonra Almaniya kansleri İsrailə Qəzza zolağında istifadə oluna bilən silah ixracını dayandırdığını açıqlayıb.
İsrailin hərtərəfli işğalına ilk reaksiya verən Avstraliya oldu. Avstraliyanın xarici işlər naziri Penni Vonq İsraili “bu yolu tutmamağa” çağırıb. Wong bu vəziyyətin yalnız humanitar fəlakəti daha da ağırlaşdıracağını ifadə edərək, "Qalıcı sülhü təmin etməyin yeganə yolu iki dövlətli bir həlldir: beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində yan-yana yaşayan İsrail Dövləti və Fələstin Dövləti".
Belçika Xarici İşlər Nazirliyi İsrail hökumətinin bütün işğal altındakı Qəzza zolağının hərbi yolla ələ keçirilməsi planı ilə əlaqədar İsrailin Brüsseldəki səfirini çağırıb.
Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp, "Netanyahu hökumətinin İsrailin Qəzzada əməliyyatlarını intensivləşdirməsi səhv addımdır" dedi. Veldkamp Qəzzada humanitar vəziyyətin fəlakətli olduğunu və təcili olaraq yaxşılaşdırılmasına ehtiyac olduğunu bildirib. O, əlavə edib ki, “Bu qərar girovların evlərinə qayıtmasını təmin etməyəcək və kömək etməyəcək”.
Böyük Britaniyanın baş naziri Keir Starmer İsrailin qərarını səhv adlandırıb və Netanyahu hökumətini yenidən düşünməyə çağırıb. Starmer, "İsrail hökumətinin Qəzzaya hücumlarını daha da artırmaq qərarı səhvdir" dedi. "Bu hərəkət münaqişənin sona çatmasına və ya girovların azad edilməsinə kömək etməyəcək. Bu, yalnız daha çox qan tökülməsinə səbəb olacaq". Böyük Britaniya keçən həftə sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstin dövlətini tanıyacağını açıqlamışdı.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk bəyan edib ki, İsrail hökumətinin işğal altındakı Qəzza zolağının hamısını hərbi yolla ələ keçirmək planı dərhal dayandırılmalıdır. Türk, bu günə qədər əldə edilən bütün dəlillərə əsaslanaraq, zorakılığın bu artmasının daha da kütləvi köçkünlərə, eləcə də daha çox ölümə, dözülməz iztirablara, mənasız dağıntılara və vəhşilik cinayətlərinə səbəb olacağını bildirib.
Xarici İşlər Nazirliyinin sözçüsü AFP xəbər agentliyinə bildirib ki , Çin qərardan ciddi narahatlığını bildirib . Bəyanatda Qəzza Fələstin xalqına məxsusdur və Fələstin ərazilərinin ayrılmaz hissəsidir.
İsveç xarici işlər naziri Maria Malmr Stenergard bəyan edib ki, İsrailin Qəzza ərazisini ilhaq etmək planı beynəlxalq hüququ pozur və böyük narahatlıq doğurur.
İspaniyanın xarici işlər naziri Jose Manuel Albares, "İsrail hökumətinin Qəzzanın işğalını genişləndirmək qərarını şiddətlə qınayırıq. Bu, yalnız daha çox dağıntı və əzab gətirəcək" dedi.
Aytən Yaşar/ Turkustan.az