Məşhur aktyor Kıvanç Tatlıtuğun yaxın dostu yoxa çıxıb.
Publika.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkə hesabında paylaşım edib.
Artıq 5 gündür Mərmərə adası sahillərində itkin düşən 43 yaşlı iş adamı Halit Yukayın üçün axtarış-xilasetmə işlərinə qatılan Kıvanç, xilasedicilərlə birlikdə suya enib və pilotsuz təyyarə ilə havadan axtarışlara qoşulub.
Yukayın qəzaya uğramış yaxtasını vurduğu iddia edilən gəminin radar məlumatları da ortaya çıxıb. Avqustun 4-də baş verən qəza ilə bağlı dünya səviyyəsində gəmilərin və yaxtaların real vaxtda yerini göstərən “Marine Traffic” görüntüləri, Çanaqqaladan yola çıxan “Arel 7”nin Mərmərə adası sahillərində üzərkən tərsinə çevrildiyini aşkarlayıb.