AZ

Rusiya qüvvələri son günlərdə Ukraynanın yalnız bir vilayətinə 36 dəfə hücum edib FOTO YENİLƏNİB

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya qüvvələri Ukraynanın Xerson vilayətində avtobusa pilotsuz uçuş aparatı ilə hücum edib, nəticədə ən azı iki nəfər həlak olub, 16 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Aljazerra” agentliyi Ukrayna rəsmilərinin məlumatına əsasən bildirib.

Məlumata görə, eyni vaxt başqa bir dron da avtobusa çarpıb və nəticədə üç polis əməkdaşı yaralanıb.

Xerson vilayəti qubernatoru Oleksandr Prokudinin bildirdiyinə görə, Rusiya qüvvələri cümə və şənbə günləri ərzində vilayət boyunca yaşayış məntəqələrinə qarşı 36 digər hücum həyata keçirib, nəticədə daha bir nəfər ölüb, üç nəfər yaralanıb.

Ukraynanın Zaporojye vilayətinə edilən Rusiya hücumları şənbə səhəri Bilenkivska icmasında avtomobildə hərəkət edən iki nəfərin, Vasylivka rayonunda isə evində olan 61 yaşlı bir qadının ölümünə səbəb olub, yerli rəsmilər bildiriblər.

Dnepropetrovsk vilayətinin Nikopol şəhərində Rusiya hücumu nəticəsində 56 yaşlı bir qadın həlak olub, 62 yaşlı bir kişi yaralanıb. Donetsk vilayətində isə digər Rusiya hücumları nəticəsində dörd nəfər ölüb, doqquz nəfər yaralanıb, rəsmilərin sözlərinə görə.

***

9 avqust

Saat 12:47

Rusiya bu gün səhər saatlarında Ukraynanın Xerson bölgəsinə hücum edib.

APA Ukraynanın Baş naziri Yuliya Sviridenkonun sözlərinə istinadən xəbər verir ki, Xersonun şəhərətrafı ərazisində bir mikroavtobusun vurulması nəticəsində 2 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Sviridenko Rusiyanın məqsədyönlü şəkildə mülki vətəndaşlara hücum etdiyini vurğulayıb və bu hərəkəti terrorizm adlandırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
50
apa.az

10Mənbələr