AZ

Azərbaycanın Dünya Oyunlarında üçüncü medalı

Tofiq Əliyev Çində keçirilən Dünya Oyunlarının tamblinq yarışlarında 2-ci yeri tutaraq gümüş medal qazanıb və Azərbaycanın medal sayını artırıb.

"Football-plus.az" xəbər verir ki, təmsilçimiz 30,500 xal toplayıb və finalda ABŞ-dan olan Keyden Brauna uduzub.

Bürünc medal isə britaniyalı Fred Tiqa qismət olub.

Hazırda Azərbaycan komandasının hesabında 3 gümüş medal var. Dünən karateçi İrina Zaretskaya və akrobatika üzrə duet — Daniyel Abbasov və Murad Rəfiyev də medal qazananlar sırasında olub.

Xatırladaq ki, avqustun 17-dək davam edəcək Oyunlarda Azərbaycan 6 idman növündə - akrobatika gimnastikası, aerobika gimnastikası, tamblinq, karate, uşu, kikboksinq idman növlərində 14 idmançı (11 kişi, 3 qadın) ilə təmsil olunur.

Seçilən
7
17
football-plus.az

10Mənbələr