Sportal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, "Qarabağ" yay “transfer pəncərəsi” açılandan bu yana “Akademika Vizeu”nun forvardı Andre Klovisi heyətinə qatmaq istəyir.
Sportal.az xəbər verir ki, Klovis bu gün Portuqaliya 2-ci liqasının ilk turu çərçivəsində keçirilən "Leiria" - "Akademika Vizeu" matçında 90 dəqiqə meydanda olub. 27 yaşlı forvard dubl etməsinə baxmayaraq komandasını 2:3 hesablı məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, braziliyalı hücumçunun Portuqaliya klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “İnternasional”, “Portimonenşe”, “Leykşoeş”, “Eştoril” klublarında oynayıb.
saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.