AZ

"Qarabağ"ın istədiyi braziliyalı futbolçu çempionatın ilk turunda dubl etdi

Xəbər verdiyimiz kimi, "Qarabağ" yay “transfer pəncərəsi” açılandan bu yana “Akademika Vizeu”nun forvardı Andre Klovisi heyətinə qatmaq istəyir.

Sportal.az xəbər verir ki, Klovis bu gün Portuqaliya 2-ci liqasının ilk turu çərçivəsində keçirilən "Leiria" - "Akademika Vizeu" matçında 90 dəqiqə meydanda olub. 27 yaşlı forvard dubl etməsinə baxmayaraq komandasını 2:3 hesablı məğlubiyyətdən xilas edə bilməyib.

Qeyd edək ki, braziliyalı hücumçunun Portuqaliya klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “İnternasional”, “Portimonenşe”, “Leykşoeş”, “Eştoril” klublarında oynayıb.

saytlarin hazirlanmasi

Seçilən
59
18
sportal.az

10Mənbələr