AZ

Tramp və Netanyahu Qəzzanı müzakirə etdi

İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

Söhbətin əsas mövzusu yəhudi dövlətinin Qəzza zolağı ilə bağlı gələcək fəaliyyət planları olub.

Bildirilir ki, Netanyahu və Tramp müharibəyə son qoymaq, girovları azad etmək və HƏMAS-ı məğlub etmək üçün İsrailin Qəzza zolağında qruplaşmanın qalan mövqelərini ələ keçirmək planlarını müzakirə ediblər.

"Baş nazir müharibənin əvvəlindən İsrailə göstərdiyi sarsılmaz dəstəyə görə prezident Trampa təşəkkür edib", - qeyd edilib.

Seçilən
118
32
axar.az

10Mənbələr