Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə rayonun Abdulabad kəndi ərazisində qeydə alınıb.
Kənd sakini Qara Həsənovun idarə etdiyi QAZ-31 markalı avtomobillə həmkəndlisi Elnur Qasımovun idarə etdiyi "Belarus" markalı traktor toqquşub.
Hadisə nəticəsində 1988-ci il təvəllüdlü Qara Həsənov, 1984-cü il təvəllüdlü Elnur Qasımov, traktorda olan sərnişinlər - 1993-cü il təvəllüdlü Bayram Babayev və onun 2016-cı il təvəllüdlü oğlu M.Babayev yüngül xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.