Kremlin öndəgedən təbliğatçısı Vladimir Solovyov aparıcısı olduğu "Voskresnı veçer" ("Bazar axşamı") verilişində qısa olaraq Azərbaycan və Ermənistan arasında Vaşinqton razılaşmalarını şərh edib.
"Cebheinfo.az" xəbər verir ki, "Rossiya1" telekanalında aparıcısı isterik şəkildə qonşu ölkələri "xüsusi hərbi əməliyyat"la hədələyib.
"Biz başa düşməliyik ki, Cənubi Qafqazda baş verənlər çox böyük problemdir və elə vəziyyət yarana bilər ki, orada tezliklə NATO bazaları peyda ola bilər. Vəziyyət o qədər təhlükəlidir ki, geosiyasi mövqeləri nəzərə alsaq, bu, elə nəticələrə gətirib çıxara bilər ki, bu, bizim nəslin sonuncu "xüsusi hərbi əməliyyat"ı olmaya bilər", - deyə V.Solovyov sərsəmləyib.
Kremlin təbliğat aləti Moskvanın bütün mümkün diplomatik üsullardan istifadə etməli olduğunu vurğulayıb.
"Bütün iştirakçıların diqqətinə Rusiyanın maraqlarına hörmət edilməli olduğu çatdırılmalıdır", - deyə V.Solovyov fikrini tamamlayıb.
"Cebheinfo.az"