futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Rusiyanın “Spartak” (Moskva) klubunda baş məşqçi postuna namizədlər arasında göstərilib.
Futbolpress.az xəbər verir ki, bununla bağlı “Sport den za dnem” nəşrində yayımlanan məqalədə qeydlər yer alıb:
“Ən gözlənilməz, amma maraqlı variant xarici məşqçi, lakin rusdilli və postsovet məkanında iş təcrübəsi var. 1999–2001-ci illərdə Qurbanov Rusiyada “Baltika” və “Fakel” klublarında çıxış edib, daha sonra isə Rusiya futbolu ilə yolları kəsişməyib. Bununla belə, “Qarabağ”da çalışarkən o, Rusiya yığmasının qapıçısı Andrey Lunyov da daxil olmaqla bir sıra rusiyalı futbolçuların məşqçisi olub və bu klubla avrokuboklarda uğurla çıxış edib. Rusiya ilə Azərbaycan arasında son vaxtlar siyasi münasibətlər stabil olmasa da, məlum olduğu kimi, idman siyasətdən kənardır”.
“Spartak”a hazırda serbiyalı Deyan Stankoviç rəhbərlik edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.