AZ

Neveş Tottenhem ə qarşı oynamayacaq SƏBƏB

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

PSJ gənc yarımmüdafiəçisi Joau Neveş İngiltərə təmsilçisi "Tottenhem"ə qarşı keçirəcəkləri UEFA Superkuboku oyununu buraxacaq.

Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi cəzalı durumdadır.

Belə ki, o, klublararası dünya çempionatının finalında "Çelsi"yə uduzduqları oyunda qırmızı vərəqə aldığı üçün "Tottenhem"lə matçı kənardan izləmək məcburiyyətindədir. Onun iki oyunluq cəzası bütün rəsmi görüşlərə şamil edilir. Bu səbəbdən Joau Liqa 1çərçivəsində "Nant"a qarşı da oynamayacaq.

Qeyd edək ki, UEFA Superkuboku uğrunda oyun avqustun 13-də keçiriləcək. PSJ ötən mövsüm Çempionlar Liqasının, "Tottenhem" isə Avropa Liqasının qalibi olub.

Nihat 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
fanat.az

2Mənbələr