AZ

Ərdoğan: ABŞ-də əldə olunan razılaşma Cənubi Qafqazda daimi sabitliyə gedən yolda tarixi addım oldu

ABŞ-də Azərbycan və Ermənistan liderləri arasında əldə olunan razılaşma Cənubi Qafqazda daimi sabitliyə gedən yolda tarixi addım oldu.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevlə şənbə günü danışdım. 30 illik işğaldan sonra Qarabağın azad olunması ilə regionda onsuz da yeni mərhələ başlanmışdı. Azərbaycana tətbiq olunan məhdudiyyətlərin artıq aradan qalxması da sevindiricidir. Məmnunluğumuzu telefon danışığı zamanı bildirdim. Bu gün eyni mövzunu Ermənistanın baş naziri Nikol Paşinyanla danışdım. Bölgəmizdə nəqliyyat-kommunikasiya xətlərinin, sərhədlərin açılması, ticarətin inkişafı bütün region ölkələrinin xeyrinə olacaq", - o bildirib.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekunları üzrə birgə bəyannamə imzalayıblar.

Seçilən
14
50
demokrat.az

10Mənbələr