"Qarabağ" bir müddətdir transfer etməyə çalışdığı Andre Klovisin keçidini yekunlaşdırmaq üzrədir.
Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu "Akademiko Vizeu" ilə razılıq əldə edib.
Bu barədə Portuqaliya mətbuatı məlumaat yayıb.
Braziliyalı hücumçu yaxın zamanda Azərbaycana gələcək. 27 yaşlı forvard "Qarabağ"la 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Andre Klovis ötən gecə Portuqaliya II Liqasının "Leira" ilə matçında 2 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media