"Spartak" (Moskva) komandasından təklif almamışam.
News24.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib.
“Mətbuatda belə xəbər oxumuşam. Amma mən Rusiya klubundan təklif almamışam”, - Q.Qurbanov söyləyib.
Qeyd edək ki, Rusiya mətbuatı “Spartak”ın baş məşqçiliyə namizəd siyahısında Qurban Qurbanovun da yer aldığı barədə xəbər yayıb.