AZ

Hakim Adilə Paşayevanın səlahiyyətlərinə xitam verildi KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayevanın hakimlik fəaliyyətinə xitam verilib. Qərar xanım hakimin şəxsi müraciəti əsasında qəbul olunub.

KONKRET.az xəbər verir ki, A.Paşayeva ailə vəziyyəti ilə əlaqədar xarici ölkəyə köçəcəyini bildirib. Bu səbəbdən vəzifədən azad olunmaq üçün ərizə təqdim edib. Məhkəmə-Hüquq Şurası onun ərizəsini təsdiqləyib.

Qeyd edək ki, Adilə Paşayeva həm də Sabunçu Rayon Məhkəməsinin spiker hakimi vəzifəsini icra edirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
50
konkret.az

10Mənbələr