AZ

Ərdoğan: Vaşinqton razılaşması Cənubi Qafqazda uzunmüddətli sülhə doğru atılan tarixi addımdır

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ankara, 11 avqust, AZƏRTAC

Avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən görüşdə əldə olunmuş razılaşma Cənubi Qafqazda uzunmüddətli sülhə doğru yolda tarixi addım oldu.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 11-də Ankarada hökumətin iclasının yekunlarına dair brifinqdə bildirib.

O xatırladıb ki, Azərbaycan torpaqlarının uzunmüddətli erməni işğalından azad edilməsi ilə regionun inkişafında yeni mərhələ başlayıb.

Türkiyə lideri Azərbaycanla bağlı məhdudiyyətlərin aradan qaldırılmasını da alqışlayıb.

“Türkiyə tərəfinin məmnunluğunu qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə çatdırdım. Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını vurğuladım”, - deyə dövlət başçısı Ermənistanın Baş naziri Nikol Paşinyanla bugünkü söhbətində bu mövzunu müzakirə etdiyini əlavə edib.

Siyasətçinin sözlərinə görə, regionda sülh mühitinin formalaşması ilə avtomobil və dəmir yolu əlaqələri bərpa olunacaq, sərhəd-keçid məntəqələri açılacaq, azad ticarətə maneələr aradan qaldırılacaq ki, bu da bütün region dövlətlərinin maraqlarına cavab verir.

Prezident Ərdoğan əmin edib ki, Ankara bölgədə sülh və sabitlik naminə mübarizəni davam etdirəcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
50
azertag.az

10Mənbələr