AZ

Yeni tədris ilində neçə məktəb istifadəyə veriləcək? 

“2025-ci il investisiya büdcəsi çərçivəsində 15 təhsil müəssisəsində təmir-tikinti işlərinin yekunlaşması nəzərdə tutulur. Eyni zamanda, cari ildə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil" bölməsi üzrə ayrılmış müvafiq xərclər hesabına 779 təhsil müəssisəsində təmir işlərinə başlanılıb. Bundan başqa, 629 məktəbəqədər təhsil müəssisəsində də təmir işləri aparılır”.

 

Modern.az xəbər verir ki, nu barədə “Azərbaycan müəllimi”nə Elm və Təhsil Nazirliyindən bildirilib.

 

Qeyd edilib ki, bundan əlavə, cari təmir işləri 766 ümumi təhsil müəssisəsi, 629 məktəbəqədər təhsil müəssisəsi, 5 kollecdə və 8 peşə təhsil müəssisəsində aparılır. Təmir-tikinti işləri respublikanın bütün bölgələrini əhatə edir.

 

Tikintisi və təmiri davam edən bütün təhsil müəssisələrinin 2025-ci ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Seçilən
28
50
modern.az

10Mənbələr