AZ

Çempionlar Liqas: "Şkendiya" azarkeşləri üçün ayrılmış yerlər "Qarabağ" tərəfdarları üçün satışa çıxarılır

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Şkendiya" (Şimali Makedoniya) azarkeşləri üçün ayrılmış yerlər "Qarabağ" tərəfdarları üçün satışa çıxarılır.

Klubdan "Report"a verilən məlumata görə, əvvəlcədən 27 və 28-ci sektorlar rəqib komandanın azarkeşləri üçün nəzərdə tutulsa da, qonaq komandanın tərəfdarlarının oyuna qatılmaması səbəbindən həmin sektorların biletləri yerli azarkeşlərə satılacaq.

Satış sabah saat 12:00-dan start götürəcək.

Seçilən
73
50
report.az

10Mənbələr