ain.az, Axsham.az portalına istinadən məlumat yayır.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigezə evlilik təklif edib.
Axşam.az xəbər verir ki, bu barədə Corcina sosial media hesabında paylaşıb.
“Bəli, “hə” dedim. İndi və əbədi həyatımda” deyə, o Ronaldonun taxdığı üzüyü nümayiş etdirib.
Qeyd edək ki, Ronaldo Corcina 2016-cı ildən münasibətdədirlər.
Ronaldonun beş övladı var. Onlardan yalnız ikisi Corcinadandır: Alana Martina və qardaşını itirən Bella Esmeralda. Ronaldonun ən böyük varisi Kriştianu Jr.-dır. Futbolçu onun anasının kimliyini gizlədir. Əkizlər Mateo və Eva surroqat anadan dünyaya gəliblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.