Fransanın PSJ klubu qapıçı Canluici Donnarummanı UEFA Superkuboku matçının heyətinə salmayıb.
90deqiqe.Az-ın məlumatına görə, tərəflər əməkdaşlığın uzadılması barədə razılığa gəlməyib. İtaliyalı qapıçı ya bu yay klubdan ayrılacaq, ya da bir il sonra azad agent kimi komandadan gedəcək.
Futbolçunun yaxın ətrafı klubun bu addımını ədalətsiz hesab edir.
Donnarumma ilə PSJ arasında mövcud müqavilə 2026-cı ilin yayında başa çatır.
Paris təmsilçisi çərşənbə günü İngiltərənin “Tottenhem” klubu ilə Superkubok uğrunda qarşılaşacaq.
Xatırladaq ki, 9 avqustda PSJ “Lill” klubundan qapıçı Lyuk Şevalyeni transfer etdiyini açıqlamışdı.