AZ

"Sumqayıt" braziliyalı müdafiəçi transfer edib

"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, komanda Keffel Resende ilə müqavilə imzalayıb.

Son mövsümdə Portuqaliyanın "Portimonense" klubunda çıxış etmiş braziliyalı futbolçu ilə 2+1 illik anlaşma əldə olunub. 25 yaşlı cinah müdafiəçisi "Sumqayıt"da 80 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Gənclik şəhəri" təmsilçisi buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə, Nikola Ninkoviç, Abdul Raşid Mumini və Masaki Murata ilə gücləndirib.

İdman.biz

Seçilən
52
27
idman.biz

10Mənbələr