AZ

Zelenski: Putin atəşkəsə hazırlaşmır

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, kəşfiyyat məlumatlarına görə, Rusiya prezidenti Vladimir Putin Ukraynada atəşkəsə hazırlaşmır.

“Putin yalnız Amerikayla görüşü öz şəxsi qələbəsi kimi təqdim etmək və əvvəlki kimi Ukraynaya təzyiq göstərmək niyyətindədir. Rusların müharibədən sonrakı vəziyyətə hazırlaşdıqlarına dair heç bir əlamət yoxdur”, – deyə Zelenski Telegram-da yayımlanan axşam müraciətində bildirib.

Onun sözlərinə görə, Rusiya qoşunlarını və qüvvələrini yeni hücum əməliyyatlarına başlamaq üçün yerləşdirir.

//Samir Qurbanov, Editor.az

Seçilən
46
50
editor.az

10Mənbələr