AZ

Şkendiya nın baş məşqçisi: Bizi Qarabağ a qarşı çətin oyun gözləyir

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Şkendiya"nı Bakıda "Qarabağ"a qarşı çətin oyun gözləyir.

Fanat.Az xəbər verir ki, bunu "Şkendiya"nın (Şimali Makedoniya) baş məşqçisi Ceton Bekciri deyib.

Təcrübəli mütəxəssis Bakıda "Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Qarabağ" çox güclü komandadır. Sabah bütün imkanlarımızdan istifadə edib qələbə qazanmağa çalışacağıq. İtirəcək heç nəyimiz yoxdur. Bu səbəbdən irəli atılacağıq. İlk görüşdə müəyyən problemlər yaşadıq. Düzdür, fərqlənmək üçün imkanlarımız var idi. Təəssüf ki, meydandan məğlub ayrıldıq".

O, ilk qarşılaşmada Azərbaycan klubunun daha yaxşı çıxış etdiyini vurğulayıb:

"Qarabağ" xüsusi ilə ilk yarıda yaxşı çıxış etdi. Bəzi futbolçularımızın fiziki hazırlığı yerində deyildiş Lakin ikinci hissədə oyuna nəzarət bizim tərəfimizdə idi".

Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" qarşılaşması avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Səfərdə baş tutan ilk görüşdə "köhlən atlar" rəqibini bir cavabsız qolla üstələyib.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
50
fanat.az

10Mənbələr