Rusiya Prezidenti Vladimir Putin, şübhəsiz ki, atəşkəsə və ya ümumilikdə müharibəyə son qoymağa hazırlaşmır. Ruslar yeni hücum əməliyyatlarına başlamaq üçün qoşun və texnikasını hərəkətə gətirir.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin axşam müraciətində deyib.
Qeyd olunub ki, Zelenski bu gün Putinin əslində nəyə hazırlaşdığı barədə kəşfiyyat hesabatını dinləyib.
"O, qətiyyən atəşkəsə hazırlaşmır. Putin yalnız ABŞ rəhbərliyi ilə görüşü özünün şəxsi qələbəsi kimi təqdim etmək və Ukraynaya təzyiq göstərməklə əvvəlki kimi hərəkət etmək fikrindədir".
Zelenski iddia edir ki, rusların müharibədən sonrakı vəziyyətə hazırlaşmaq üçün siqnallar aldığına dair heç bir əlamət yoxdur.
"Əksinə, onlar öz qoşunlarını və qüvvələrini elə hərəkət etdirirlər ki, yeni hücum əməliyyatları həyata keçirsinlər. Əgər kimsə sülhə hazırlaşırsa, o, bunu etmir. Biz tərəfdaşlarımızı döyüş meydanındakı, diplomatiyadakı və Rusiyanın gələcək tədbirlər planında real vəziyyət barədə məlumatlandırmağa davam edirik", - Zelenski əlavə edib.
Xatırladaq ki, avqustun 15-də Alyaskada Trampla Putin arasında görüşün keçirilməsi planlaşdırılır.