AZ

Ronaldo Corcina ilə evlənir - Foto

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigezə evlilik təklif edib.

News24.az xəbər verir ki, bu barədə Corcina sosial media hesabında paylaşıb.

“Bəli, “hə” dedim. İndi və əbədi həyatımda” deyə, o Ronaldonun taxdığı üzüyü nümayiş etdirib.

Qeyd edək ki, Ronaldo Corcina 2016-cı ildən münasibətdədirlər.

Ronaldonun beş övladı var. Onlardan yalnız ikisi Corcinadandır: Alana Martina və qardaşını itirən Bella Esmeralda. Ronaldonun ən böyük varisi Kriştianu Jr.-dır. Futbolçu onun anasının kimliyini gizlədir. Əkizlər Mateo və Eva surroqat anadan dünyaya gəliblər.


Seçilən
25
27
news24.az

10Mənbələr