2025/26 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunun keçidini reallaşdırıb.
Rekord.az xəbər verir ki, sözügedən klub son mövsümdə Portuqaliyanın "Portimonense" komandasında çıxış etmiş braziliyalı futbolçu Keffel Resende ilə 2+1 illik anlaşma imzalayıb.
25 yaşlı cinah müdafiəçisi "Sumqayıt”ın heyətində 80 nömrəli formada çıxış edəcək.
"Sumqayıt" heyətini buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə, Nikola Ninkoviç, Abdul Raşid Mumini və Masaki Murata ilə gücləndirib.