AZ

“Rusiya atəşkəsə yox, yeni hücumlara hazırlaşır”

“Rusiya Prezidenti Vladimir Putin, şübhəsiz ki, atəşkəsə hazırlaşmır. Onlar yeni hücum əməliyyatlarına başlamaq üçün qoşun və texnikanı hərəkətə gətirirlər”.

Viral.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki,bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

Zelenski deyib ki, bu gün o, Putinin nəyə hazırlaşdığı barədə kəşfiyyat hesabatını eşidib.

Son Yazılar:

“O, qətiyyən atəşkəsə hazırlaşmır. Putin yalnız ABŞ rəhbərliyi ilə görüşü özünün şəxsi qələbəsi kimi təqdim etmək və əvvəlki kimi hərəkətlərini davam etdirmək, Ukraynaya əvvəlki kimi təzyiq göstərmək fikrindədir”, – Zelenski qeyd edib.

Xatırladaq ki, avqustun 15-də ABŞ lideri Donald Trampla Rusiya Prezidenti vladimir Putin arasında görüş keçirilməsi planlaşdırılır.

Seçilən
49
50
viral.az

10Mənbələr