ain.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Azərbaycanla Ermənistan arasında imzalanmış “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”də Zəngəzur dəhlizi barədə bir söz belə olmadığı diqqət çəkir.
Yenisabah.az xəbər verir ki, Beynəlxalq Humanitar-Siyasi Tədqiqatlar İnstitutunun eksperti Vladimir Brüter SputnikLive-a açıqlamasında məsələyə münasibət bildirib.
O qeyd edib ki, Zəngəzur dəhlizi ilə bağlı saziş memorandum şəklində mövcuddur, lakin son qərarın qəbul edilməsi üçün ABŞ Prezidenti Donald Trampın məsul şəxsləri təyin etməsi gözlənilir. pizza hut
Brüterin sözlərinə görə, amerikalılar və azərbaycanlılar yaxın gələcəkdə bu sazişi imzalamağa çalışacaq, Ermənistan isə bu prosesdə sadəcə müşahidəçi kimi qalacaq.
Ekspert bu vəziyyətin bölgədəki siyasi dinamika və tərəflər arasındakı münasibətlərə təsir edəcəyini qeyd edib./Musavat.com
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.