Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda 4,5 maqnitudada ikinci zəlzələ olub.
“7Times.az” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunub ki, zəlzələnin dərinliyi 8,57 kilometr olub.
Təbii fəlakətin nəticələri barədə məlumat yoxdur.