AZ

Putinin Cənubi Qafqaz planı iflasa uğradı – Duqin

  Rusiyalı politoloq Aleksandr Duqin Rusiya Prezidenti Vladimir Putinin Cənubi Qafqaz siyasətinin uğursuzluğuna görə cəzalandırılmasını tələb edib.

Duqin Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan sazişin Rusiyanın postsovet məkanında nüfuzunun itirilməsinin göstəricisi olduğunu və bunu Rusiya üçün böyük təhqir kimi bildirib.

Onun fikrincə, Putinin rəhbərliyi altında Rusiya Cənubi Qafqazda nəzarəti tamamilə itirib və bu uğursuzluq nəticəsində ölkə suverenliyini və imperiya statusunu itirmək təhlükəsi ilə üzləşir.

“Əliyevlə Paşinyanın başına gələnlər bizim rüsvayçılığımızdır. Biz itirdik. Günahkarlar cəzalandırılmazsa, xalq olaraq dəyərimizi itirəcəyik,” – deyə Duqin qeyd edib.

O əlavə edib ki, Kremlin indiki siyasəti postsovet məkanındakı ölkələrin Rusiyanın təsirindən çıxmasına səbəb olur və Moskvanın “parçala və hökm sür” strategiyası uzun illər sonra öz nəticəsini verir.

Duqinin fikrincə, bu vəziyyət Rusiya üçün ciddi təhlükədir və rəhbərlik bundan nəticə çıxarmalıdır./Globalinfo.az  

Seçilən
31
50
referans.az

10Mənbələr