AZ

Tramp Çinə tətbiq edilən yeni rüsumları 90 gün müddətinə UZATDI

ABŞ Prezidenti Donald Tramp Çin mallarına tətbiq edilən yeni rüsumları 90 gün müddətinə uzadıb.

Bizim.Media xəbər verir ki, bu barədə CNBC Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.
 

Yeni sərəncam rüsumların tətbiqinin dayandırılması müddətinin bitməsinə cəmi bir neçə saat qalmış imzalanıb.


Telekanal bildirib ki, gecikmə ötən ayın sonunda İsveçin paytaxtı Stokholmda baş tutan ABŞ ticarət müzakirəçiləri ilə onların çinli həmkarları arasında danışıqların son raundunun gözlənilən nəticəsi olub.

Bizim.Media

Seçilən
17
50
bizim.media

10Mənbələr