ABŞ Prezidenti Donald Tramp Çinə qarşı yeni tariflərin tətbiqini 90 gün təxirə salıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev rəsmisi bununla bağlı ABŞ liderinin sərəncam imzaladığını açıqlayıb.
Qeyd edək ki, Pekin və Vaşinqton arasında tarif atəşkəsi avqustun 12-də başa çatmalı idi.