"Avropa İttifaqının Ermənistandakı missiyası Fransanın Ermənistandakı missiyası idi. Mandatı olmayan ATƏT-in Minsk qrupunun balaca modeli idi".
Bu barədə tanınmış politoloq Əziz Əlibəyli Far.Az-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, onlar çox çalışsalar da, öz çirkin və məkrli niyyətlərini həyata keçirə bilmədilər.
"Çox çalışırdılar ki, Azərbaycan əleyhinə qətnamə formalaşdırılsın. Azərbaycana sanksiyalar qoyulsun. Ermənistana hərbi dəstək verməyə çalışırdılar. Bir sözlə burada Azərbaycanı qeyri-leqal vəziyyətə salsınlar. İndi Ermənistan Azərbaycan xəttində yaşananlar və Xarici işlər naziri paraflanma mətninin məzmununu da açıqladı. Bir daha göstərdi ki, orada Ermənistan tərəfindən ciddi öhdəliklər götürülüb".