AZ

CNN: ABŞ Tramp-Putin görüşünə hazırlaşmağa tələsir

ABŞ rəsmiləri cümə günü Alyaskada keçiriləcək ABŞ-Rusiya sammitinin təfərrüatlarını yekunlaşdırmağa tələsir.

News24.az "Report"a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN televiziyası məlumat yayıb.

Qeyd olunub ki, görüşə dörd gün qalmış administrasiya rəsmiləri yalnız liderlərin dəqiq harada görüşəcəyini müəyyən etmək üçün Alyaskaya gedirlər.

Bundan əlavə, rəsmilər hələ də qarşıdan gələn müzakirələrin konturlarını yekunlaşdırırlar. Kanal qarşıdan gələn sammiti Trampın şəxsi diplomatiyaya inamının “bu günə qədər ən böyük sınağı” adlandırır.


Seçilən
115
50
news24.az

10Mənbələr