AZ

Tramp Zelenskinin Alyaska görüşünə niyə çağırmayıb? – Özü açıqladı

  ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Alyaska sammitinə dəvət edilməməsi ilə bağlı sərt fikirlərini ifadə edib.

Referans xəbər verir ki, Tramp Zelenskinin son dörd il ərzində müharibənin bitməsi istiqamətində heç bir irəliləyiş əldə edə bilmədiyini və buna görə də Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə keçiriləcək sammitə dəvət edilmədiyini bildirib.

O vurğulayıb ki, Zelenski müharibənin bitməsinə dair effektiv addımlar atmamaqla həm öz ölkəsinin, həm də regionun gələcəyinə mənfi təsir göstərib.

Tramp həmçinin Alyaska sammitinin iki ölkə lideri arasında birbaşa dialoq üçün təşkil olunduğunu, belə görüşlərdə münaqişənin əsas tərəflərinin iştirakı məsələsinin isə ayrı bir mövzu olduğunu qeyd edib./Globalinfo.az  

Seçilən
102
50
referans.az

10Mənbələr