AZ

Rusiyanın Ukraynadakı Azərbaycana məxsus enerji infrastrukturunu hədəf alması qeyri dost addımdır

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Rusiyanın Ukraynadakı SOCAR-a məxsus enerji infrastrukturunu hədəf alması qeyri-dost addım və beynəlxalq humanitar hüququn pozulmasıdır. Müharibə aparan ölkə həmin ərazidə yerləşən digər ölkələrin mülki obyektləri hədəf seçməməlidir”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov qeyd edib ki, bu davranış həm də Rusiya ilə Azərbaycan arasında imzalanmış və qüvvədə olan bir çox sənədlərə ziddir.

Azər Badamov

“Azərbaycanın Ukraynadakı mülki obyektlərinin heç bir hərbi məqsədi yoxdur. Həm də Azərbaycanın qurduğu beynəlxalq münasibətlər heç bir ölkəyə qarşı deyil. Bu baxımdan Rusiyanın SOCAR-a məxsus infrastrukturuna hava zərbələrin endirilməsi yolverilməzdir. Rusiya bu üsulla Vaşinqtonda umzalanmış sülh gündəliyə görə təzyiq göstərmək istəyirsə səhv yoldadır. Çünki, uzun illərdən sonra Azərbaycanla Ermənistan arasında imzalanmış sülh gündəliyi region üçün sabitlik və təhlükəsizlik gətirəcək. Həm də Rusiya anlamalıdır ki, biz 90-cı illərin əvvəlində yaşamırıq. Azərbaycan müstqəil dövlətdir və heç kimin diktəsi ilə beynəlxalq münasibətlər qurmur. Biz uzun illər belə təzyiqlərdən, işğallardan əziyyət çəkmişik. İndi isə özümüz özümüzü müdafiə edə bilirik və müstəqil şəkildə münasibətləri formalaşdırırıq”-deyən deputat bildirib ki, Rusiya Ukraynada yerləşən SOCAR-a məxsus infrastruktura hava zərbələri endirməklə Azərbaycan-Ukrayna arasında enerji sahəsindəki əməkdaşlığı dayandıra bilməz, əksinə belə qeyri-dost hərkətlərə məruz qalan ölkələr bir-birinə daha da yaxınlaşırlar.

Deputatın fikrincə, Rusiya belə qeyri-dost hərkətləri ilə Azərbaycanı və digər qonşularını özündən ancaq uzaqlaşdırmağı bacara bilər.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
118
50
bizimyol.info

10Mənbələr