Biləsuvardakı qəzanın təfərrüatı məlum olub.
Bakupost.az xəbər verir ki, TƏBİB-dən qəza nəticəsində 3 nəfərin – 1961, 1975 və 1996-cı il təvəllüdlü şəxslərin Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırıldığı bildirilib.
Onlara bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozları qoyulub.
1961 və 1975-ci il təvəllüdlü şəxslər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Vəziyyəti orta ağır olan 1996-cı il təvəllüdlü şəxsin müalicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir.
Qəza zamanı 2025-ci il təvəllüdlü körpə (qadın cinsli) hadisə yerində, onun atası isə aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"