AZ

“Ermənistana təzyiq olaydı, bu gün yeni presedentlər yaranmazdı” Elçin Mirzəbəyli

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

“Azərbaycanın bölgədə sülh və təhlükəsizlik arxitekturasını qurmaq istiqamətində göstərdiyi diplomatik mövqe də mühüm əhəmiyyət kəsb edir. Bu mövqenin sərgilənməsi, xüsusilə də qısa müddət ərzində əldə edilən nəticələr, böyük bir performans kimi qiymətləndirilməlidir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında  Milli Məclisin deputatı Elçin Mirzəbəyli vurğulayıb:

“Azərbaycan, öz lideri, ordusu və xalqı ilə qətiyyətli bir mövqe nümayiş etdirərək, heç vaxt işğalla barışmamaq, heç vaxt təslim olmamaq mövqeyini gücləndirir. Əgər haqlısansa, haqqının müdafiəsi istiqamətində bütün gücünlə mübarizə aparmalısan.

Bu yanaşma, ədalətli mövqedə dayanan və təcavüzə məruz qalan ölkələr üçün bir prioritet olaraq qəbul edilə bilər. Eyni zamanda, beynəlxalq müstəvidə də ciddi bir mesajın verilməsinə zəmin yaradır.

Azərbaycan ərazilərinin vaxtilə işğal altında qalması və beynəlxalq birliyin buna münasibətdə nümayiş etdirdiyi ədalətsiz mövqe yeni müharibə ocaqlarının yaranmasına səbəb oldu”.

Deputat vurğulayıb ki, bir müddət öncə, Cənubi Qafqazda öz sərhədlərindən uzaqda olan Avropa ölkələri, bu gün ciddi təhdidlərlə üzləşirlər.

“Əgər separatizmə və təcavüzə qarşı prinsipial mövqe nümayiş etdirilsəydi və Ermənistana qarşı təzyiqlər həyata keçirilsəydi, bu gün biz yeni presedentlərin yaranmasının şahidi olmazdıq.

Bütün bunlar, həm də Cənubi Qafqazda baş verən proseslərin Azərbaycan tərəfindən yaradılan reallıqların nəticəsidir və bu, beynəlxalq hüququn norma və prinsiplərinin müdafiəsi baxımından nümunə sayıla bilər. Bu nümunə, digər münaqişə ocaqları üçün də mühüm əhəmiyyət kəsb edir”-deyə o əlavə edib.

Şəbnəm 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
icma.az

1Mənbələr