AZ

Türkiyə və Ermənistan bu körpünü birgə bərpa edəcək

Sentyabrın 12-də İrəvanda Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın altıncı görüşü keçirilib.

Ulusal.az xəbər verir ki, görüşdən sonra hər iki ölkənin xarici işlər nazirlikləri birgə açıqlama yayaraq əldə olunan razılaşmalar barədə məlumat veriblər. Bildirilib ki, tərəflər tarixi Ani körpüsünün birgə təmiri ilə bağlı razılığa gəliblər.

Qeyd olunur ki, körpü Səlcuqlar dövründə inşa olunub və tarixdə “Səlcuq körpüsü” kimi tanınır.

Seçilən
49
moderator.az

1Mənbələr