Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Qusar şəhərində oğul atasını döyüb.
Oxu.Az-ın məlumatına görə, 1998-ci il təvəllüdlü Ramin Qasımov (ad və soyad şərtidir) yaşadığı evdə atası ilə mübahisə edib.
Mübahisə zəminində Ramin Qasımov əvvəlcə atasının üz nahiyəsinə başla zərbə vurub, daha sonra isə onu yumruqla döyərək bədəninin müxtəlif hissələrinə xəsarətlər yetirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanılıb.
Qusar Rayon Məhkəməsində keçirilən iclasda tərəflər barışıb. R.Qasımov atasına dəymiş ziyanı ödəyib.
Məhkəmə dəymiş ziyan ödənildiyi üçün R.Qasımov barəsindəki cinayət işinə xitam verib.
Samir Əli
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.