Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan ASCO-nun “Zülfi Hacıyev” krangəmisinin əsaslı təmiri yekunlaşıb. Proses “Bibiheybət” Gəmi TəmiriZavodunda yerinə yetirilib.
Trendxəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilib ki, təmir müddətində 100 ton yükqaldırmaqabiliyyətinə malik kranın bütün istiqamətləndirici halqalarıçıxarılıb və əsaslı təmir edilərək yerlərinə quraşdırılıb.
Həmçinin gəmi üzrə braşpil və şpil qurğuları, nasoslar, borusistemləri, sanitar qovşaqlar və elektrik mühərriklərinin caritəmir işləri aparılıb.
Təmir çərçivəsində “Zülfi Hacıyev” gəmisi tərsanəyə qaldırılaraqgövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələrdəyişdirilib, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları,lövbər zəncirləri, protektor qurğuları sazlanıb, gəmi üzrə rəngləməişləri görülüb.
Gəmidə 1 dəst “X-Band” tipli radar və 2 dəst “VHF” tipli yenistasionar radiostansiyalar quraşdırılıb. Kran gəmisinin komandayayım qurğusunun əsaslı təmir-bərpa işləri aparılıb.
İşlər başa çatdıqdan sonra “Zülfi Hacıyev”-in kran qurğusununsınağı aparılıb. Bundan sonra mexanizm və elektrik avadanlıqlarınınhərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb.Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra gəmi Registrtəsnifatı nümayəndələrinə təhvil verilib.
Qeyd edək ki, "Zülfi Hacıyev" gəmisinin uzunluğu 98,55, eni 17metrdir.