1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sentyabrın 16-dan 17-nə keçən gecə ABŞ-nin Florida ştatının Fort-Loderdeyldə yerləşən "DRV PNK Stadium" arenasında MLS çərçivəsində "İnter Mayami" və "Sietl Saunders" komandaları qarşılaşıblar. Mayami təmsilçisi oyundan 3:1 hesablı qələbə ilə ayrılıb.
Oxu.Az xəbər verir ki, matçın 12-ci dəqiqəsində ispaniyalı müdafiəçi Jordi Alba hesabı açıb.
Ona həlledici ötürməni argentinalı hücumçu Lionel Messi verib. 41-ci dəqiqədə isə rollar dəyişib - 38 yaşlı Messi 36 yaşlı Albanın ötürməsindən sonra fərqlənib və hesabı 2:0 edib.
İkinci hissədə, oyunun 52-ci dəqiqəsində yamaykalı müdafiəçi Yan Frey fərqi üç topa çatdırıb.
Qonaqlardan yalnız 69-cu dəqiqədə yarımmüdafiəçi Obed Varqas cavab qolu vuraraq yekun nəticəni müəyyənləşdirib - 3:1.
Qələbədən sonra "İnter Mayami" 27 matçdan 49 xal toplayaraq MLS-in Şərq Konfransında beşinci pilləyə yüksəlib. "Sietl Saunders" isə 29 oyundan 45 xalla Qərb Konfransında dördüncü yerdə qalıb.