İsrailin Baş naziri Benyamin Netanyahu, bir həftə əvvəl Dohaya təşkil edilən hava hücumundan sonra Qətərə qarşı "sözlü" hücumlarını artırıb.
"Cebheinfo.az" xəbər verir ki, İsrailin "Yedioth Ahronoth" və “Maariv” qəzetlərinin xəbərinə görə, Netanyahu Qərbi Qüdsdəki ofisində mətbuat konfransı keçirib.
Netanyahu Qətərə qarşı sərt tənqidlərinin olduğunu və “bunları müharibə zamanı ortaya qoyduğunu” bildirib.“Qətər istəsəydi, daha güclü təzyiq göstərə bilərdi və bütün əsir götürülmüş vətəndaşlarımızın azad olunmasına kömək edə bilərdi” iddiasını irəli sürən Netanyahu, Qətərin HƏMAS-la əlaqəli olduğunu, onu dəstəklədiyini, ona ev sahibliyi etdiyini və maliyyələşdirdiyini söyləyib.
Netanyahu “Al Jazeera” televiziyasını izləyən insanların orada antisemitizm, antisionizm və illərdir davam edən anti-Amerika meyllərini görəcəyini iddia edib. Ölkəsinin Qətərə qarşı aqressiv mövqeyini əsaslandırmağa çalışan Netanyahu, 11 sentyabr 2001 hadisələrindən iki həftə sonra qəbul edilən BMT Təhlükəsizlik Şurasının 1 373 saylı qətnaməsini xatırladıb.
Netanyahu bildirib ki, həmin qətnamədə terrorçuların “harada olursa olsun zərərsizləşdirilməsi” nəzərdə tutulur və terrorçuların hər hansı bir dövlətin ərazisində sığınacaq, maliyyə və ya qorunma alsalar belə, terrorçu kimi qəbul olunması vurğulanır.