ain.az bildirir, Avtosfer portalına istinadən.
Mingəçevir şəhərində baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, 17.09.2025-ci il tarixində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar saat 08:00 radələrində 3 nəfər (1 kişi, 2 qadın cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib:
"Vəziyyəti stabil olan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir".
***09:36
Mingəçevir şəhərində avtomobil bir ailənin 3 üzvünü vurub.
Avtosfer.az report-a istinadən xəbər verir ki, Mingəçevirdə yolu qarşı tərəfə keçmək istəyən 1989-cu il təvəllüdlü S.Yusibova, 2014-cü il təvəllüdlü G.Yusibova və 2013-cü il təvəllüdlü R.Yusiblini avtomobil vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, xəsarət alanlar bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.