Ehiyatda olan polkovnik-leytenat Həsənov Eldar Valeh oğlu vəfat edib.
News24.az xəbər verir ki, 78 yaşlı zabit ötən gecə dünyasını dəyişib.
Qeyd edək ki, Eldar Həsənov 1972 — 1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının taqım komandiri, bölük komandirinin müavini, böluk komandiri, tabor qərargahının rəisi və tabor komandiri vəzifəsində çalışıb.
O, 1992 -1994 -cü illərdə Azərbaycan ordusunun tərkibində Kəlbəcər özünümüdafə taborunun komandiri və Azərbaycan ordusunun döyüş bölgələrində yerləşən hərbi hissəsinin qərargah rəisi vəzifəsində calışıb.
Eləcə də, 1994-1995- ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissəsində hərbi hissə komandirinin birinci müavini, hərbi hissə komandiri əvəzi və s. vəzifələrdə işləyib.

