AZ

Ötən il qanunsuz işə götürmə ilə bağlı 480 min manat maliyyə sanksiyası tətbiq edilib

2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi əmək müqaviləsinin yoxlanması ilə bağlı keçirilmiş nəzarət tədbirləri nəticəsində 480 min manat maliyyə sanksiyası tətbiq edib.

Operativ Media DVX-yə istinadən xəbər verir ki, ümumilikdə 240 fiziki şəxsin müqaviləsiz işə cəlb edilməsi halı aşkarlanıb.

Hesabat dövründə əmək müqaviləsinin yoxlanması ilə bağlı 41 vergi ödəyicisində, 49 obyektdə nəzarət tədbirləri həyata keçirilib.

2024-cü ildə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi 637 cinayət işi başlayıb. Baş İdarə vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı 557, aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlanmalı malları nişanlanmadan satma, satış məqsədilə saxlama, habelə belə malların nağd qaydada satışı ilə bağlı 53, əmək müqaviləsi olmadan işçilərin işə cəlb edilməsi ilə bağlı 8, digər cinayət tərkibləri ilə bağlı 19 cinayət işi başlayıb. 

 

Seçilən
24
3
operativmedia.az

4Mənbələr