AZ

Hindistan Rusiya ilə strateji tərəfdaşlığı gücləndirməyə sadiqdir

Hindistan Rusiya ilə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə sadiqdir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Narendra Modi sosial şəbəkədəki səhifəsində bildirib.

“Biz öz xüsusi və üstün strateji tərəfdaşlığımızın daha da gücləndirilməsinə sadiqik”, – Modi yazıb.

Həmçinin, Modi bildirib ki, Hindistan Ukrayna münaqişəsinin həllinə öz töhfəsini verməyə hazırdır. Bundan əlavə, Hindistanın baş naziri Rusiyanın prezidenti Vladimir Putinə 75 yaşının tamam olması münasibətilə təbrik etdiyi üçün təşəkkürünü bildirib.

Seçilən
20
nocomment.az

1Mənbələr